44 yaşlı aktrisa tezliklə ana olacaq


Digərləri 07 Dek 2019 13:49:00 136 0

44 yaşlı aktrisa tezliklə ana olacaq

Hollivudun məşhur ulduzu Mila Yovoviç hamiləliyin son mərhələsindədir.

Son.az ölkə.az-a istinadən bildirir ki, 44 yaşlı aktrisa dünyaya qız övladı gətirəcək.

Aktrisa qeyd edib ki, hamiləliyi normal keçir və o, özünü çox gözəl hiss edir. Bu barədə Yovoviç öz blogunda məlumat verib:

"Budur, mən sükan arxasında əylənən və uğurlara hazır bir anayam. Körpəm və mən 9 həftədən sonra görüşəcəyik. Hər şey cədvələ uyğun gedir. İndi əvvəlki hamiləlikdən fərqli olaraq bədənimə ağır yük vermirəm. İdmandan bir müddətlik ayrılmışam. Cəmi 22 kiloqram çəki almışam",-  deyə o, qeyd edib.