İranda məktəblər bağlandı SƏBƏB


Dünya 07 Dek 2019 13:34:00 164 0

İranda məktəblər bağlandı  SƏBƏB

İranın bəzi vilayətlərində məktəblər şaxtalı və qarlı hava, qripin yayılması səbəbindən fəaliyyətini dayandırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, İranın Ərdəbil vilayətində 2 gün, Sistan və Bəluçestan vilayətində 3 gün müddətinə bütün məktəblər fəaliyyətini dayandırıb.

İranın Xuzistan vilayətində 1 gün, Qəzvin vilayətində 2 gün, Çahar-Mahal və Bəxtiyari vilayətində 1 gün, Kürdüstan vilayətində 1 gün, Şərqi Azərbaycan vilayətində 1 gün və İsfahan vilayətində 1 gün müddətinə bəzi məktəblər fəaliyyətini dayandırıb.