Bazar gününə olan hava proqnozu açıqlanıb


Sosial 07 Dek 2019 12:58:16 143 0

Bazar gününə olan hava proqnozu açıqlanıb

Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb.&

Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, dekabrın 8-dəBakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru bəzi yerlərdə yağışyağacağı gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman.Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti,Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Tibbi-meteoroloji proqnoz dekabrın 8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdümeteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman. Qərb küləyiəsəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-4° isti olacaq.

Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında: Dekabrın 08-də axşam, 09-da arabir yağış

yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Şimal-qərb küləyi 09-da arabir güclənəcək.

Azərbaycanın rayonlarında: Dekabrın 08-də axşam, 09-da əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 09-da ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Dağlıq rayonlarda gecə saatlarında yolların buz bağlama ehtimalı var.