2019cu ilin ən dəbli və ən zövqsüz kişiləri


Digərləri 07 Dek 2019 12:44:00 158 0

2019cu ilin ən dəbli və ən zövqsüz kişiləri

İngiltərənin ''GQ'' jurnalı ilin ən dəbli və ən zövqsüz geyinən kişilərinin siyahısını təqdim edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, ən zövqsüz geyinən kişilərin siyahısında siyasətçilər ön sıradadır. Ən dəblilər isə amerikalı məşhurlardır. Dünyanın ən zövqsüz geyinən kişisi İngiltərənin xarici işlər nazirinin müavini Dominik Kumminqs seçilib. 48 yaşlı siyasətçi demək olar ki, çox zaman eyni tərzdə, yəni idman stilində geyinir. İkinci sırada isə ''Facebook''un qurucusu Mark Zuckberdir. Mark illərdir cins şalvar və futbolka ilə kameralar önünə çıxıb.

Belə ki, ən dəbsiz geyinənlər siyahısında 6-cı yerdə Kristiano Ronaldo və 10-cu sırada Donald Trampdır.

2019-cu ilin ən dəbli kişiləri siyahısında 1-ci yerdə qırmızı xalçada stilistlərin köməyi olmadan geyinən 23 yaşlı aktyor Timothi Chalamet seçilib. 2-ci yerdə Hollivudun məşhur ulduzu Bred Pit yer alıb.

Belə ki, ən dəbli və zövqsüz geyinən kişilərin siyahısını təqdim edirik.