BakıŞamaxı yolunda qəza, "VAZ" yolayrıcında beton arasına düşdü


Digərləri 07 Dek 2019 12:39:00 137 0

BakıŞamaxı yolunda qəza, "VAZ" yolayrıcında beton arasına düşdü

Bakı-Şamaxı-Yevlax yolunda avtomobil qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə yolun 36-cı kilometrliyində olub.

Bakı şəhəri istiqamətində hərəkətdə olan Qəbələ rayon sakini Maqsud Əliyevin idarə etdiyi 45 BL 581 dövlət nömrə nişanlı "VAZ 21043" markalı minik maşını naməlum səbəbdən idarəetməni itirərək yoldan çıxıb. Avtomobil kənarları dəmir-beton maneələrlə bağlanmış yolayrıcına düşüb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə və yol təsərrüfatına ziyan dəyib. Qəza zamanı yol ayrıcında olan işıq dirəklərinin ikisi yararsız hala düşüb.