Bakı-Şamaxı yolunda qəza, "VAZ" yolayrıcında beton arasına düşdü (FOTO)


Digərləri 07 Dek 2019 12:33:00 129 0

Bakı-Şamaxı yolunda qəza, "VAZ" yolayrıcında beton arasına düşdü (FOTO)

Bakı-Şamaxı-Yevlax yolunda avtomobil qəzası baş verib.

Bakı. Samir Əli - Bakı-Şamaxı-Yevlax yolunda avtomobil qəzası baş verib. Trend-in məlumatına görə, hadisə yolun 36-cı kilometrliyində olub. Bakı şəhəri istiqamətində hərəkətdə olan Qəbələ rayon sakini Maqsud Əliyevin idarə etdiyi 45 BL 581 dövlət nömrə nişanlı "VAZ 21043" markalı minik maşını naməlum səbəbdən idarəetməni itirərək yoldan çıxıb. Avtomobil kənarları dəmir-beton maneələrlə bağlanmış yolayrıcına düşüb.