Paytaxtın bu hissəsində su olmayacaq


Digərləri 07 Dek 2019 12:37:00 114 0

Paytaxtın bu hissəsində su olmayacaq

Magistral su xəttində qəza olub.

Bakı. Bakı şəhəri Xətai rayonu ərazisində bu gün ərzində su məhdudiyyətlə veriləcək. “Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.