Bakının 5 yerində "Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq


İqtisadiyyat 07 Dek 2019 12:00:59 73 0

Bakının 5 yerində "Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq

Bakının 5 yerində "Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” (ATT) ASC-nin İdarə Heyətinin üzvü Sərxan Sərxanov və qurumun digər vəzifəli şəxsləri Kürdəmir və Yevlax rayonlarında yerli fermerlərlə görüş keçirib.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görı, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) baş tutan görüşlərdə fermerlərə ATT-nin fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumat verilib, onların problemləri dinlənilib.

Görüşdə çıxış edən Sərxan Sərxanov ATT-nin fəaliyyəti barədə məlumat verib fermerləri əməkdaşlığa və həyata keçirilən layihələrdə aktiv iştiraka dəvət edib:“ATT-nin əsas vəzifəsi insanlarımızı təhlükəsiz qida ilə təmin etməkdir. Bu vəzifəni sizin dəstəyiniz olmadan həyata keçirə bilmərik. Eləcə də siz bizim

dəstəyimizlə təsərrüfatınızı inkişaf etdirə, daha çox məhsul yetişdirə və gəlirlərinizi artıra bilərsiniz. Hər birinizi birgə əməkdaşlığa dəvət edirəm. Sizinlə olan əməkdaşlığımız nəticəsində bu gün biz çoxlu sayda dövlət qurumlarının və özəl müəssisələrin qida təchizatını həyata keçiririk. Təchizat prosesi dövlət vəsaiti ilə birbaşa siz fermerlərdən tədarük edilən kənd təsərrüfatı və qida məhsulları hesabına baş tutur”. Sərxan Sərxanov çıxışında ATT-nin həyata keçirdiyi layihələrə və Yeni il bayramı ilə əlaqədar təşkil olunacaq bayram yarmarkasına da toxunub: “Biz hal-hazırda sizə alternativ satış kanalları və əlavə gəlir qazandırmaq üçün “Kənddən Şəhərə”, “Şəhərdən Kəndə” və AFAQ layihələrini həyata keçiririk.

“Kənddən Şəhərə” layihəsinə qoşulmaqla siz Bakıda hər həftəsonu təşkil olunan yarmarkalarda ödənişsiz iştirak edə və satış mərkəzlərimizdə öz məhsullarınızı paytaxt sakinlərinə təqdim edə bilərsiniz. Qeyd edim ki, 21-30 dekabr tarixlərində isə Bakının 5 müxtəlif nöqtəsində “Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq. Hər birinizi bu yarmarkalarda iştiraka dəvət edirəm. “Şəhərdən Kəndə” aqroekoturizm layihəsi isə sizə təsərrüfatınızda yerli və xarici turistləri qəbul etməklə əlavə gəlir qazandıracaq. AFAQ isə qadınları dəstəkləyən bir layihədir. Biz istəyirik ki, aqrar sahədə fəaliyyət göstərən qadınların sayı daha çox, problemləri isə daha az olsun”.

Sonda isə Sərxan Sərxanov Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən (EKTİS) bəhs edib, fermerləri yeni sistemdə təsərrüfatlarına dair məlumatları bəyan etməyə səsləyib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək
"Zülm etməkdən zövq alıram" like
  • 07 Dek 11:59  
Şou-biznes "Zülm etməkdən zövq alıram"

Müğənni Xatirə İslam sosial şəbəkədəki paylaşımı ilə diqqət çək

arrow Ətraflı
Günayın başına EFİRDƏ İŞ GƏLDİ like
  • 07 Dek 11:57  
Şou-biznes Günayın başına EFİRDƏ İŞ GƏLDİ

Günay İbrahimli "Zaurla Günaydın"da mahnısını ifa edərkən ç

arrow Ətraflı
Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər like
  • 07 Dek 11:56  
Digərləri Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər

Cənab Prezident İlham Əliyevin növbədənkənar parlament seçkilərinin ke

arrow Ətraflı
ABŞ prezidenti Dünya Bankını Çində borc verməməyə çağırıb like
  • 07 Dek 11:55  
İqtisadiyyat ABŞ prezidenti Dünya Bankını Çində borc verməməyə çağırıb

ABŞ prezidenti Donald Tramp Dünya Bankını Çinə borc pul verməməyə çağ

arrow Ətraflı
Məzahir Pənahov: "MSK növbədənkənar parlament seçkilərinə tam hazırdır" like
  • 07 Dek 11:53  
Siyasət Məzahir Pənahov: "MSK növbədənkənar parlament seçkilərinə tam hazırdır"

“Mərkəzi Seçki Komissiyası seçkilərlə əlaqədar tam hazır vəziyyətd

arrow Ətraflı
Rusiya Federasiya Şurası sədrinin müavini: like
  • 07 Dek 11:49  
Siyasət Rusiya Federasiya Şurası sədrinin müavini:

"Biz faşist əlaltılarına bəraət qazandırmağa çalışanlara, eləc

arrow Ətraflı
Gürcüstanda Türkiyə vətəndaşından rüşvət alan məmur saxlanılıb like
  • 07 Dek 11:47  
Dünya Gürcüstanda Türkiyə vətəndaşından rüşvət alan məmur saxlanılıb

Gürcüstanın Kvemo Kartli bölgəsində, Tetritskaro bələdiyyə meriyasını

arrow Ətraflı
Bu gündən növbədənkənar parlament seçkisi prosesinə start verilir like
  • 07 Dek 11:47  
Siyasət Bu gündən növbədənkənar parlament seçkisi prosesinə start verilir

Mərkəzi Seçki Komissiyası (MSK) bu gündən növbədənkənar parlament seç

arrow Ətraflı
Tramp təxirə saldı like
  • 07 Dek 11:44  
Dünya Tramp təxirə saldı

ABŞ Prezidenti Donald Tramp Meksika narkokartellərinin terror təşkilatları

arrow Ətraflı
MSK sədri bələdiyyə və parlament seçkilərinin üst-üstə düşməsinə münasibət bildirib like
  • 07 Dek 11:42  
Siyasət MSK sədri bələdiyyə və parlament seçkilərinin üst-üstə düşməsinə münasibət bildirib

“Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar art

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti 70 dollara çatıb like
  • 07 Dek 11:41  
İqtisadiyyat Azərbaycan neftinin qiyməti 70 dollara çatıb

​Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markal

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti 70 dollara çatıb like
  • 07 Dek 11:39  
İqtisadiyyat Azərbaycan neftinin qiyməti 70 dollara çatıb

​Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markal

arrow Ətraflı
Bu gündən növbədənkənar parlament seçkisi prosesinə start verilir like
  • 07 Dek 11:38  
Digərləri Bu gündən növbədənkənar parlament seçkisi prosesinə start verilir

Mərkəzi Seçki Komissiyası (MSK) bu gündən növbədənkənar parlament seç

arrow Ətraflı