Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər


Digərləri 07 Dek 2019 11:56:00 145 0

Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər

Cənab Prezident İlham Əliyevin növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncamı rəsmi şəkildə ictimaiyyətə çatdırıldı və seçilmək arzusunda olan vətəndaşlar namizədliklərini irəli sürə bilərlər.

Bakı. Elçin Mehdiyev – Prezident İlham Əliyevin növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncamı rəsmi şəkildə ictimaiyyətə çatdırılıb və seçilmək arzusunda olan vətəndaşlar namizədliklərini irəli sürə bilərlər. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Televiziyasına məlumat verib. MSK sədri qeyd edib: “Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edib müvafiq sənədləri götüb öz fəaliyyətlərinə başlaya bilərlər”. M.Pənahov bildirib ki, MSK-nın iclasında növbədənkənar parlament seçkiləri ilə bağlı məsələlərə baxacaq, müvafiq işçi qrupları yaradılacaq və seçkilərlə bağlı Təqvim planı təsdiq olunacaq. Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin