Rusiya Federasiya Şurası sədrinin müavini:


Siyasət 07 Dek 2019 11:49:00 171 0

Rusiya Federasiya Şurası sədrinin müavini:

"Biz faşist əlaltılarına bəraət qazandırmağa çalışanlara, eləcə də tarixi yenidən yazmaq istəyənlərə qətiyyətlə qarşı çıxırıq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurası sədrinin birinci müavini Vladimir Cabarov Armavir şəhərində Qaregin Njdenin xatirə lövhəsinin sökülməsini şərh edərkən deyib.

O, Njde ilə bağlı mövqeyini əvvəldən açıqladığını deyib:

"O, SS generalı forması daşıyıb, SS erməni legionunun yaradıcılarından biri olub. Mənim üçün onun tarixdəki rolu şübhə doğurmur. Mən istəməzdim ki, Qaregin Njdenin şəxsiyyəti Rusiya ilə Ermənistan arasındakı münasibətlərə ziyan vursun. Amma təsdiq etmək lazımdır ki, İkinci Dünya Müharibəsi illərində o, nasist Almaniyası ilə əməkdaşlıq edib. Mənim üçün onun rolu birmənalıdır".