Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışları keçirilir (FOTO)


Digərləri 07 Dek 2019 11:43:35 143 0

Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışları keçirilir (FOTO)

Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışları başlayıb

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışları başlayıb. Trend-in məlumatına görə, estafetdə müxtəlif gimnastika növləri üzrə Azərbaycan milli komandalarının üzvlər və onların valideynləri, ümumilikdə 200 nəfər iştirak edir. Estafetə 9 komandadan, “Şahdağ”, “Odlar yurdu”, “Koroğlu”, “Xəzər”, “Gülüstan”, “Qarabağ”, “Qobustan”, “Göygöl” və Babək komandaları qatılıb. Əvvəlcə komandaların paradı keçirilib və hər komandadan bir idmançı bu estafetdəki hədəf və məqsədlərindən danışıb. Yarışları üç əsas hakim, Mehman Əliyev, Fərid Məmmədzadə və Natalya Bulanova, eləcə də doqquz köməkçi hakim izləyir. Hakimlərin adından Mehman Əliyev and içib.