Yevlaxda həmkəndlisini bıçaqlayan gəncin məhkəməsi başlayıb


Sosial 07 Dek 2019 11:25:39 162 0

Yevlaxda həmkəndlisini bıçaqlayan gəncin məhkəməsi başlayıb

Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini bıçaqlayan Həsən Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini bıçaqlayan Həsən Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il iyunun 8-də Yevlax rayonunun Malbinəsi kəndində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü H.Cəfərov qısqanclıq zəminində həmkəndlisi və həmyaşıdı Məmmədov Emin İsmət oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində H.Cəfərov üzərində gəzdirdiyi bıçaqla E.Məmmədovun baş, qarın və sinə nahiyəsinə 8 bıçaq zərbəsi endirərək onu öldürməyə cəhd edib.

H.Cəfərov E.Məmmədovun öldüyünü zənn edərək hadisə yerindən uzaqlaşıb və könüllü şəkildə Yevlax Rayon Polis Şöbəsinə gəlib, törətdiyi olay barədə məlumat verib. O, hadisəni qısqanclıq zəminində törətdiyini deyib.

Müxtəlif bədən xəsarətləri alan E.Məmmədov xəstəxanaya çatdırılaraq əməliyyat olunub və onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.