Azərbaycana narkotik keçirmək istəyən Gürcüstan vətəndaşı saxlanıldı


Digərləri 07 Dek 2019 11:21:00 153 0

Azərbaycana narkotik keçirmək istəyən Gürcüstan vətəndaşı saxlanıldı

Avtomobildə narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb

Bakı. Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstandan idarə etdiyi "Volkswagen Sharan" markalı avtomobil ilə gələn həmin ölkə vətəndaşı saxlanılıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilb. Bu zaman nəqliyyat vasitəsinin qapısında bir ədəd kağıza bükülü, ümumi çəkisi 3 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.