Füzulidə 50 yaşlı kişi kəsdiyi ağacın altında qalıb,


Digərləri 07 Dek 2019 10:24:00 145 0

Füzulidə 50 yaşlı kişi kəsdiyi ağacın altında qalıb,

Füzuli rayonunda 50 yaşlı kişi ağac kəsərkən ağacın altında qalıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 50 yaşlı Tərxan Mehtiyev həyətyanı sahədə ağac kəsərkən ağac onun üzərinə aşıb.

Yaralı ağır vəziyyətdə Bakıya xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.