650 min ağacın əkilməsi təşəbbüsü Yardımlının daha da gözəlləşməsinə səbəb olacaq - İcra başçısının müavini


Digərləri 07 Dek 2019 10:23:00 183 0

650 min ağacın əkilməsi təşəbbüsü Yardımlının daha da gözəlləşməsinə səbəb olacaq - İcra başçısının müavini

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü Yardımlı rayonunun daha da gözəlləşməsinə səbəb olacaq.

Bakı. İlhamə İsabalayeva – Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü Yardımlı rayonunun daha da gözlılləşməsinə səbəb olacaq. Bunu Trend-ə Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Xamiyev deyib. Onun sözlərinə görə, Yardımlı rayonu yaşıllıqla çox geniş əhatə olunub. Lakin yeni ağacların əkilməsi Yardımlının yaşıllıq zonasını genişləndirməklə onun daha da gözəlləşməsinə səbəb olacaq. Bu, öz növbəsində Yardımlının ətraf mühitinin mühafizəsinə də müsbət təsir göstərəcək: "Aksiya çərçivəsində Yardımlının mərkəzi küçəsi olan Heydər Əliyev küçəsi boyunca sağ və sol tərəflərdə - 1 hektar ərazidə 3000 ağcaqayın ağacı əkilib və geniş yaşıllıq zolağı salınıb. Bu ağaclar çox tez inkişaf etdiyindən burada 2-3 ildən sonra demək olar ki, bir park əmələ gələcək. Bu da Yardımlını daha da gözəlləşdirəcək".