Evo Morales siyasi sığınacaq aldığı Meksikanı da tərk etdi


Dünya 07 Dek 2019 09:39:00 112 0

Evo Morales siyasi sığınacaq aldığı Meksikanı da tərk etdi

Boliviyanın keçmiş prezidenti Evo Morales siyasi sığınacaq aldığı Meksikadan Kubaya uçub.

Son.az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə Meksika XİN-in nümayəndəsi Roberto Velasko Tvitterdə məlumat verib.

Paylaşımda yazılana görə, Moralesin səfəri müvəqqəti xarakter daşıyır.

"RİA Novosti" qeyd edib ki, səfərin məqsədi Boliviyanın eks-başçısının tibbi yoxlanışdan keçməsidir.