Nazir: İran Azərbaycanla peyk istehsalı sahəsində əməkdaşlıq etmək istəyir (ÖZƏL)


Digərləri 07 Dek 2019 09:22:52 150 0

Nazir: İran Azərbaycanla peyk istehsalı sahəsində əməkdaşlıq etmək istəyir (ÖZƏL)

Son illərdə İran və Azərbaycan informasiya və kommunikasiya texnologiyaları sahəsində aktiv şəkildə əməkdaşlıq edirlər.

Bakı. Elnur Bağışov - Son illərdə İran və Azərbaycan informasiya və kommunikasiya texnologiyaları sahəsində aktiv şəkildə əməkdaşlıq edirlər. Bunu İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi Trend-ə özəl açıqlamasında deyib. M.C.Azəri Cəhrominin sözlərinə görə, İran Azərbaycanla peyk istehsalı sahəsində əməkdaşlıq etmək istəyir və bu sahədə ilkin razılaşmalar əldə olunub. Azəri Cəhromi əlavə edib ki, iki ölkənin kosmik sahəsində agentlikləri ticarət və elmi sahədə əməkdaşlıqlarını davam etdirirlər. Nazir İranın dost Azərbaycanla bu sahədə xüsusi işlərin görülməsinə maraq göstərdiyini qeyd edib: "Rabitə və informasiya texnologiyaları sahəsində İran və Azərbaycan arasında lazımi platforma formalaşıb və bu platforma günü-gündən böyüməkdədir. İki ölkənin özəl sektorları bir-birlərinin mövqeyi və imkanları ilə yaxından tanış olaraq əməkdaşlıq etməlidirlər”.