“Amazon” öz kvant kompüterindən istifadəyə icazə verib


Digərləri 07 Dek 2019 08:31:00 130 0

“Amazon” öz kvant kompüterindən istifadəyə icazə verib

"Amazon" internet şirkəti kvant hesablamalarına giriş imkanını təmin edən "Braket" onlayn xidmətinin ilkin versiyasını istifadəyə verib. Hələ ki bu yenilikdən yalnız şirkətin korporativ müştəriləri istifadə edə bilərlər, xidmət "Amazon"un bir neçə kvant kompüterində əməliyyatlar yerinə yetirməyə imkan verir.

Son.az ictnews.az-a istinadən bildirir ki, "sözügedən xidmət bir çox insanlara və şirkətlərə kubitlər və kvant zəncirləri üzərində iş təcrübəsi qazanmağa imkan verəcək. Siz modelləşdirilən mühitdə sxemlər yarada və onları yoxlaya, bundan sonra real kvant kompüterində işə sala bilərsiniz" - "Amazon"dan deyiblər. Şirkət kvant kompüterlərin təkmilləşdirilməsi üzərində aparılan işləri davam etdirmək üçün xüsusi laboratoriya yaradacaq.

Bu halda "Amazon Braket" xidmətinin istifadəçiləri hazır alqoritmlərdən istifadə etməklə yanaşı, həm də özləri yeni həllər yarada bilərlər. Modelləşdirmə rejimi alqoritmin tətbiqini yoxlamağa, səhvləri tapmağa və onları aradan qaldırmağa imkan verəcək.