Ağstafa Regional Mədəniyyət İdarəsinin əməkdaşları ağacəkmə kampaniyasına qoşulublar FOTO


Digərləri 07 Dek 2019 08:18:00 114 0

Ağstafa Regional Mədəniyyət İdarəsinin əməkdaşları ağacəkmə kampaniyasına qoşulublar  FOTO

Ağstafa Regional Mədəniyyət İdarəsinin əməkdaşları genişmiqyaslı ağacəkmə kampaniyasına qoşulublar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü rəğbətlə qarşılayan Ağstafa Regional Mədəniyyət İdarəsinin əməkdaşları dekabrın 6-da keçirilən ağacəkmə kampaniyasına ciddi hazırlıqla gəliblər.

Ağstafa Regional Mədəniyyət İdarəsinin Ağstafa, Tovuz və Qazax rayonlarının mədəniyyət müəssisələrinin əməkdaşları səhər saatlarında qabaqcadan təyin olunan ərazilərdə ağac əkiblər.