İcra başçısının müavini: 650 min ağacın əkilməsi təşəbbüsü Qubanın ətraf mühitinə olduqca böyük təsir göstərəcək


Digərləri 07 Dek 2019 08:15:00 112 0

İcra başçısının müavini: 650 min ağacın əkilməsi təşəbbüsü Qubanın ətraf mühitinə olduqca böyük təsir göstərəcək

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünün reallaşması rayonun ətraf mühitinə olduqca böyük təsir göstərəcək.

Bakı. İlhamə İsabalayeva – Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünün reallaşması rayonun ətraf mühitinə olduqca böyük təsir göstərəcək. Bunu Trend-ə Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Xudaverdiyev deyib. A.Xudaverdiyev rayon ərazisində 5050 ağacın əkildiyini, əsasən, tuya, göyrüş, ağcaqayın ağaclarının əkilməsinə daha çox üstünlük verdildiyini söyləyib. Onun sözlərinə görə, ağacların əkilməsi atmosferin zərərli tullantılardan təmizlənməsinə fayda verəcək. A.Xudaverdiyev qeyd edib ki, aksiya çərçivəsində Qubanın bütün ərazisini əhatə etməklə bir çox yerlərdə ağaclar əkilib.