İlin ən populyar aktyor və aktrisaları açıqlandı


Digərləri 07 Dek 2019 08:03:00 147 0

İlin ən populyar aktyor və aktrisaları açıqlandı

"IMDb" portalı 2019-cu ilin ən populyar aktyor və aktrisalarının siyahısını açıqlayıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ilin ən populyar aktrisası "Marvel"də Kapitan Marvel rolunu ifa edən Bri Larson olub. Reytinqin ikinci pilləsində Erin Moriarti qərarlaşıb. O, "Oğlanlar" serialında "Starlayt" super qəhrəmanı rolunda çəkilib. Onun ardınca "Taxt-tac oyunları"nın Deyneris Tarqariyeni Emiliya Klark gəlir.

Siyahıda, həmçinin, Naomi Skott, Dakre Montqomeri, Zakari Livay, Kianu Rivz, Roza Salazar və Marqo Robbi yer alıblar.