Ağstafa Regional Mədəniyyət İdarəsinin əməkdaşları ağacəkmə kampaniyasına qoşulublar


Digərləri 07 Dek 2019 03:19:00 144 0

Ağstafa Regional Mədəniyyət İdarəsinin əməkdaşları ağacəkmə kampaniyasına qoşulublar

Ağstafa Regional Mədəniyyət İdarəsinin əməkdaşları genişmiqyaslı ağacəkmə kampaniyasına qoşulublar

Bakı. Ağstafa Regional Mədəniyyət İdarəsinin əməkdaşları genişmiqyaslı ağacəkmə kampaniyasına qoşulublar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü rəğbətlə qarşılayan Ağstafa Regional Mədəniyyət İdarəsinin əməkdaşları dekabrın 6-da keçirilən ağacəkmə kampaniyasına ciddi hazırlıqla gəliblər. Ağstafa Regional Mədəniyyət İdarəsinin Ağstafa, Tovuz və Qazax rayonlarının mədəniyyət müəssisələrinin əməkdaşları səhər saatlarında qabaqcadan təyin olunan ərazilərdə ağac əkiblər.