Zərdablılar “Bir gündə 650 min ağac əkək” təşəbbüsünə fəallıqla qoşulublar (FOTO)


Digərləri 07 Dek 2019 00:33:00 151 0

Zərdablılar “Bir gündə 650 min ağac əkək” təşəbbüsünə fəallıqla qoşulublar (FOTO)

Aksiyada yerli şərait üçün əlverişli olan müxtəlif növ ağac tingləri əkilib.

Bakı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü çərçivəsində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən 650 min ağac əkini kampaniyasına qoşulan 2500-dən çox zərdablı dekabrın 6-da qabaqcadan ayrılan və hazırlanan ərazilərdə minlərlə ağac əkiblər. Ağacəkmə kampaniyasında rayon rəhbərliyi, icra strukturlarının nümayəndələri, bələdiyyələr, idarə, müəssisə və təşkilatların kollektivləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiyada yerli şərait üçün əlverişli olan müxtəlif növ ağac tingləri əkilib. Əkin aparılan ərazilərdə tinglərin mühafizəsi üçün də tədbirlər görülüb.