Dünyada ilk dəfə bişirilən bənövşəyi çörək Görənləri TƏƏCCÜBLƏNDİRİR


Digərləri 06 Dek 2019 23:43:00 258 0

Dünyada ilk dəfə bişirilən bənövşəyi çörək  Görənləri TƏƏCCÜBLƏNDİRİR

Dünyada ilk dəfə olaraq Malatya daistehsal edilən bənövşəyi çörək görənlərin marağına səbəb olur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 12 illik araşdırmaların nəticəsində bənövşəyi rəngli meyvə və tərəvəzlərdən əldə olunan antioksidlərin xəmirə əlavə edilməsi nəticəsində bənövşəyi çörək istehsal olunub. Həmçinin, bu çörəyin qida dəyərinin yüksək olduğu bildirilir.

Mormiks adlı bir maddədən istehsal olunan bənövşəyi çörəkdən əlavə xəmir, simit, paxlava, peçenye və quru xəmir kimi bir çox digər çörək məhsulları da hazırlanır.

Çörəyə maraq çox olduğundan satışı da sürətlə artıb. Nəticədə bu un məmulatları artıq Ankarada da satışa çıxarılıb.

Türkiylə professor İhsan Kara bildirib ki, meyvə və tərəvəzlərdən alınan rəng piqmenti qətiyyən kimyəvi təsirli deyil. Bu antioksid üzərində bir çox mütəxəssislər çalışıb və onun faydalı olmasını sübut etmişdirlər.O həm də bənövşəyi çörək alıcılarına səslənərək bildirib ki, bu məhsul qətiyyən dərman deyil.