“Bir gündə 650 min ağac əkək” təşəbbüsü Şəmkirdə bayram tədbirinə çevrilib (FOTO)


Digərləri 06 Dek 2019 23:55:00 138 0

“Bir gündə 650 min ağac əkək” təşəbbüsü Şəmkirdə bayram tədbirinə çevrilib (FOTO)

Aksiya zamanı rayon ərazisində yerli şəraitə uyğun minlərlə həmişəyaşıl və meşə ağaclarının əkilməsi planlaşdırılır.

Bakı. Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünü böyük rəğbətlə qarşılayan şəmkirlilər genişmiqyaslı kampaniyada ruh yüksəkliyi ilə iştirak edirlər. Nəcib və xeyirxah aksiya zamanı rayon ərazisində yerli şəraitə uyğun minlərlə həmişəyaşıl və meşə ağaclarının əkilməsi planlaşdırılır. Ağacların bir hissəsi Şəmkir-Qazax magistral avtomobil yolunun yaxınlığında yerləşən Dəllər Cəyir kəndinin ərazisində ayrılmış 6 hektar ərazidə əkilir. Yaşıllıqların artırılmasına, ekoloji mühitin yaxşılaşdırılmasına töhfə verəcək nəcib aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, ziyalılar, könüllü gənclər, sadə vətəndaşlar iştirak edirlər. Əkilən ağaclar suvarılır və onlara aqrotexniki qaydada qulluq göstərilir. Bayram əhval-ruhiyyəsi ilə keçən tədbirdə əvvəlcə dahi şairin qəzəlləri və şeirlərinə bəstələnmiş musiqilər səsləndirilib.