Azərbaycan nefti bahalaşır


Digərləri 06 Dek 2019 22:11:00 127 0

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 5-də 68,95 dollar/barel təşkil edib.

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 5-də 68,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,79 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,83 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,66 dollar/barel çoxdur.