Qadınlarda boyun arxasında piy yığılması DUL HÜRGÜCÜ


Digərləri 06 Dek 2019 21:59:00 916 0

Qadınlarda boyun arxasında piy yığılması  DUL HÜRGÜCÜ

Son.az saglamolun.az-a istinadən fizioterapevt Ramin Quliyevin yazısını təqdim edir.

Boyun arxasında 7-ci boyun fəqərəsi səviyyəsində piy toxuması yığıntısıdır.

Bu sindromun məhz bu cür adlandırılması orta əsrlərdən gəlir. Əsasən menopauza dövründə, 50 yaşdan yuxarı qadınlarda rast gəlinir. Keçmişdə kişilər bu yaşda nadirən sağ qaldıqları üçün, sindrom əksərən dul qadın xəstəliyi kimi qəbul edilirdi.

Dul hürgücü həm qadınların estetik görünüşünü pozur, həm də beynin bir hissəsini qidalandıran vertebral arteriya damarını sıxdığı üçün, beynin normal qan dövranına mane olur. Xəstələrdə başağrıları, tezyorulma, boyun arxasında gərginlik, qamətin dəyişməsi, əllərdə, üzün alt yarısında keyimələr və s.  kimi şikayətlər olur.

Yaranma səbəbləri:

- Klimaks səbəbi ilə estrogen mübadiləsinin pozulması, bu dövrdə qadınlarda piylənmənin androgen (kişi) tipli davam etməsi;

- Osteoxondroz. Onurğanın deformasiyaedici xəstəlikləri ilə birgə bu dul hürgücü həm də ciddi ağrılara səbəb olur;