Floridada hərbi bazada atışmada ölənlərin sayı artıb - YENİLƏNİB


Dünya 06 Dek 2019 21:03:00 120 0

Floridada hərbi bazada atışmada ölənlərin sayı artıb - YENİLƏNİB

ABŞ-da naməlum şəxsin açdığı atəş nəticəsində azı 2 nəfər ölüb, 11 nəfər yaralanıb.

Floridadayerləşən hərbi bazada açılan atəş nəticəsindəqatil özü də daxil olmaqlaölənlərin sayı 4-ə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, dairə şerifinin bildirdiyinə görə, hadisədən sonra xəstəxanaya yerləşdirilən səkkiz nəfər yaralıdan biri daha sonra keçinib.

Yaralılar arasında iki nəfər polisin olduğu bildirilir.

***20:10

ABŞ-da naməlum şəxsin açdığı atəş nəticəsində azı 2 nəfər ölüb, 11 nəfər yaralanıb.

“Report” xarici KİV-əistinadən xəbər verir ki, hadisəFloridanın Eskambia dairəsində yerləşən Pensakola dəniz hava hərbi bazasında qeydə alınıb.

Bildirilib ki, hadisəni törədən şəxs məhv edilib, yaralananlar xəstəxanaya yerləşdirilib.

Hazırda əraziyəFederal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşlarıcəlb edilib, araşdırma aparılır. ABŞ prezidenti Donald Tramp baş verənlərlə bağlı məlumatlandırılıb, Ağ Ev məsələni izləyir.

Qeyd edilib ki, iki gün əvvəl Havaydakı Pörl Harbor hərbi dəniz tərsanəsində hərbi dənizçi Qabriel Romero atəş açaraq iki mülki əməkdaşı öldürmüş və daha birini yaralamış, sonra isə intihar etmişdi.