Nəsimi ruhuna ehtiram, ekoloji tarazlığa töhfə (FOTO)


Digərləri 06 Dek 2019 20:48:41 127 0

Nəsimi ruhuna ehtiram, ekoloji tarazlığa töhfə (FOTO)

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə ərazisində bir gündə 650 min ağacın əkilməsi aksiyası keçirilir.

Bakı. Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük söz ustadı, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə ərazisində bir gündə 650 min ağacın əkilməsi aksiyası keçirilir. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, aksiyada paytaxt Bakının mədəniyyət müəssisələri ilə yanaşı, regional mədəniyyət idarələri də yaxından iştirak edir. Mədəniyyət işçilərinin, muzey, kitabxana, musiqi məktəbləri, teatr və konsert müəssisələri kollektivlərinin qatıldığı ekoloji aksiya dəyərli təşəbbüs kimi dəyərləndirilir. Hər kəs Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu təşəbbüsünü yüksək əhval-ruhiyyə ilə qarşılayır. Mədəniyyət Nazirliyinin regional idarələrinin təşkilatçılığı ilə mədəniyyət ocaqlarının kollektivləri ağac əkini mərasimində rəngarəng mədəni proqram təqdim edərək bu nəcib təşəbbüsü daha da yaddaqalan edirlər.