Polis sevgilisindən ayrılan Pərvin Abıyeva depressiyaya düşdü


Şou-biznes 06 Dek 2019 20:34:00 231 0

Polis sevgilisindən ayrılan Pərvin Abıyeva depressiyaya düşdü

Polis leytenantı Murad Abdullayevdən ayrılan gənc aktrisa Pərvin Abıyeva depressiyaya düşüb.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, aktrisa İnstaqramda foto paylaşaraq qeyd yazıb: "Sizə baxıramsa, o demək deyil ki, görürəm. Düşünürəm, o demək deyil ki, fikirliyəm".

Masada alışqanın olması da diqqət çəkib. Sosial şəbəkə izləyiciləri aktrisanın siqaret də çəkdiyini iddia ediblər.

Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev işdən çıxarılıb. Buna səbəb onun Pərvin Abıyeva ilə ad günü partisində yayılan videosu olub.