Bir gündə 650 min ağac əkək: Tovuzlular xeyirxah təşəbbüsə həvəslə qoşulublar


Digərləri 06 Dek 2019 20:27:00 160 0

Bir gündə 650 min ağac əkək: Tovuzlular xeyirxah təşəbbüsə həvəslə qoşulublar

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə tovuzlular da töhfələrini veriblər.

Qabaqcadan ağac əkiləcək sahələr müəyyənləşdirilərək hamarlama işləri aparılıb, çalalar qazılıb və tinglər tədarük olunub.

Bu gün isə 2000-dən çox tovuzlu rayonun Qovlar şəhəri, Aşağı Mülkülü, Əsrik Cırdaxan və Yuxarı Öysüzlü kəndləri ərazisində ağacəkmə kampaniyasına qoşulublar.

Aksiyada Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, gənclər və ictimaiyyət nümayəndələri böyük ruh yüksəkliyi ilə iştirak ediblər.