Balakəndə Eldar şamı, Xan çinarı və digər növ ağac tingləri əkilib


Digərləri 06 Dek 2019 20:17:00 140 0

Balakəndə Eldar şamı, Xan çinarı və digər növ ağac tingləri əkilib

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızın bütün bölgələrində olduğu kimi, Balakən rayonunda da böyük rəğbətlə qarşılanıb. Genişmiqyaslı kampaniya çərçivəsində dekabrın 6-da keçirilən ağacəkmə aksiyasında 2 minədək rayon sakini iştirak edib.

Son.az Trend-ə istinadən bildirir ki, aksiya zamanı Balakən Olimpiya İdman Kompleksinin həyətində, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun kənarlarında, Qazbinə kəndinin ərazisində minlərlə Eldar şamı, Xan çinarı və digər növ ağac tingləri əkilib.

Genişmiqyaslı ağacəkmə aksiyaları şimal-qərb bölgəsinin digər rayonlarında da böyük ruh yüksəkliyi və bayram əhval-ruhiyyəsi ilə keçirilib.