Xanımı ilə görünməyə qadağa qoyan Fəlakət: “Ayrılmağımız...”


Şou-biznes 06 Dek 2019 20:09:00 134 0

Xanımı ilə görünməyə qadağa qoyan Fəlakət: “Ayrılmağımız...”

Son.az bildirir ki, "Fəlakət" obrazı ilə sevilən aktyor Elşən Orucov Teleqraf.com-un suallarını cavablandırıb.

- "Fəlidən doğru xəbər" adlı "Youtube" layihəsinə başlamısınız.

- Bəli, artıq ikinci verilişi təqdim edəcəyik. Bu dəfə qonağım xalq artisti Röya Ayxandır.

- Bildiyimizə görə, bu layihəni yayımlamaq üçün kanallardan təklif gəlib.

- Bəli, təklif var, sağ olsunlar. Amma "Fəlidən doğru xəbər" "Youtube" üçün nəzərdə tutulduğuna görə hələ ki bu haqda fikirləşmirik. Gələcəkdə müsbət cavab ola bilər. İstəyənlər "Youtube" kanalında da izləyə bilərlər.

Birinci verilişdən sonra bir az ara verdik, çünki kanalımız təzə idi. Burada keyfiyyət üçün 40-a yaxın adam işləyir. Növbəti qonağım isə aktyor Elməddin Cəfərov olacaq.

- "Fəlakət"obrazı "Bozbash pictures" ilə tanındı. Bu dəfə isə aparıcı kimi tamaşaçıların görüşünə gəlirsiz.

- Fəlakət ilk dəfədir veriliş aparır, öz yanaşması və məntiqi var. Təbii ki, zarafatın içində iynəli suallar da var. İnanıram ki, buna görə məndən heç kim inciməyəcək. Tənqid etmirik, sadəcə bəzi nüanslar var, düşünük ki, o sualı filankəsə necə verəcəyik? O tipli sualları Fəlakət çəkinmədən soruşur. Qonaqlar da inanıram ki, ondan inciməyəcəklər.