Bakıda 54 yaşlı kişini maşın vurub qaçdı


Digərləri 06 Dek 2019 20:01:00 137 0

Bakıda 54 yaşlı kişini maşın vurub qaçdı

Bakıda orta yaşlı kişi naməlum avtomobillə vurulub.

Bakı. Samir Əli - Bakıda orta yaşlı kişi naməlum avtomobillə vurulub. Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Mehdiyev Həbib Əsgər oğlu Nizami rayonu, B.Nuriyev küçəsi 15 ünvanının qarşısında olarkən həmin ərazidə hərəkətdə olan naməlum avtomobil onu vuraraq hadisə yerindən qaçıb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.