Aşotyan: "Paşinyan növbədənkənar seçki keçirməlidir"


Dünya 06 Dek 2019 19:59:00 133 0

Aşotyan: "Paşinyan növbədənkənar seçki keçirməlidir"

Ermənistanın Baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkisi keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib.

"Sarqsyana qarşı qaldırılan iş "Antinikol" konsolidasiyası prosesini tezləşdirəcək. Biz bu prosesi son üç gün ərzində görürük. Burada "çox sağ ol, Nikol Paşinyan" demək lazımdır", - Aşotyan bildirib.

Onun sözlərinə görə, Sarqsyana qarşı irəli sürülən ittihamlar eks-prezidentin xarici siyasət fəallığının qarşısını almağa yönəlib.