Balakəndə Eldar şamı, Xan çinarı və digər növ ağac tingləri əkilib (FOTO)


Digərləri 06 Dek 2019 19:55:04 143 0

Balakəndə Eldar şamı, Xan çinarı və digər növ ağac tingləri əkilib (FOTO)

Genişmiqyaslı kampaniya çərçivəsində dekabrın 6-da keçirilən ağacəkmə aksiyasında 2 minədək rayon sakini iştirak edib.

Bakı. Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızın bütün bölgələrində olduğu kimi, Balakən rayonunda da böyük rəğbətlə qarşılanıb. Genişmiqyaslı kampaniya çərçivəsində dekabrın 6-da keçirilən ağacəkmə aksiyasında 2 minədək rayon sakini iştirak edib. Trend-in məlumatına görə, aksiya zamanı Balakən Olimpiya İdman Kompleksinin həyətində, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun kənarlarında, Qazbinə kəndinin ərazisində minlərlə Eldar şamı, Xan çinarı və digər növ ağac tingləri əkilib. Genişmiqyaslı ağacəkmə aksiyaları şimal-qərb bölgəsinin digər rayonlarında da böyük ruh yüksəkliyi və bayram əhval-ruhiyyəsi ilə keçirilib.