SabirabadSaatlı avtomobil yolunun kənarlarına minlərlə ağac əkilib


Digərləri 06 Dek 2019 19:47:00 130 0

SabirabadSaatlı avtomobil yolunun kənarlarına minlərlə ağac əkilib

Mütəşəkkil şair İmaməddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində dekabrın 6-da bütün bölgələrdə olduğu kimi, Sabirabadda da ağacəkmə aksiyası keçirilib.

Bu genişmiqyaslı kampaniyaya sevinclə qoşulan yüzlərlə sabirabadlı səhər saatlarından ağacəkmə aksiyasında iştirak etmək üçün Sabirabad-Saatlı avtomobil yolu boyunca toplaşıblar.

Bayram əhval-ruhiyyəsi ilə keçirilən aksiyada 12 min nəfərdən çox sabirabadlı iştirak edib və minlərlə müxtəlif növ meyvə və bəzək ağacları əkib, suvarıb, tinglərin mühafizəsi üçün qoruyucu sədlər çəkiblər.

Dekabrın 6-da Biləsuvar, İmişli, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında və Şirvan şəhərində də ağacəkmə aksiyası keçirilib.