ABŞda aviabazaya silahlı hücum


Dünya 06 Dek 2019 19:49:00 154 0

ABŞda aviabazaya silahlı hücum

ABŞ-ın Florida ştatındakı Hərbi Dəniz Qüvvələrinin Pensakola aviabazasına silahlı hücum olub.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Amerika HDQ-nin Tvitter səhifəsində yazılıb. İnsident zamanı 2 nəfər ölüb, 11 nəfər yaralanıb. Silahlı şəxs öldürülüb. Bazaya giriş-çıxış bağlanıb.

Qeyd edək ki, Pensakolada 16 mindən çox əsgər və 7 min nəfər mülki işçi çalışır. Bundan başqa, hərbçilərin ailələri də orada yaşayır.