Suriyada ABŞ hərbi bazasına hücum olub


Dünya 06 Dek 2019 18:54:00 127 0

Suriyada ABŞ hərbi bazasına hücum olub

Bir qrup naməlum şəxs Suriyanın cənub şərqində yerləşən ABŞ hərbi bazasına hücum edib.

Qeyd olunur ki, hücum Deyr əz-Zorda ABŞ hərbi bazalarının qeyri-qanuni fəaliyyət göstərdiyi "Omar" neft yatağının yaxınlığında təşkil olunub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hücum sözügedən əraziyə hərbi texnika daşıyan yük maşınlarının gəldiyi vaxta təsadüf edib.