Həbsdə olan baş redaktor azadlığa buraxılıb


Digərləri 06 Dek 2019 18:14:00 116 0

Həbsdə olan baş redaktor azadlığa buraxılıb

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilərək 4 il müddətinə azadlıqdan məhrum edilən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev azadlığa çıxıb.

Son.az APA-ya istinadən xəbər verir ki, H.Vəliyevin cəzasının çəkilməmiş hissəsinin şərti cəza ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə H.Vəliyevin çəkilməmiş cəzası şərti cəza ilə əvəz edilib və o azadlığa buraxılıb.

Qeyd edək ki, H.Vəliyev 2016-cı ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub.

Jurnalist Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinib.