Britaniyaya 100 milyon zərər vuran haker Rusiya agenti çıxdı


Dünya 06 Dek 2019 18:34:00 149 0

Britaniyaya 100 milyon zərər vuran haker Rusiya agenti çıxdı

ABŞ-ın Maliyyə Nazirliyi "Evil Copr" haker qrupunu, Rusiyanın altı kompaniyası və 17 nəfəri sanksiya siyahısına salıb. Onlar banklardan 100 milyon dollardan artıq pul oğurlamaqda ittiham olunurlar.

Son.az oxu.az-a istinadən xəbər verir ki, ABŞ hökumətinin iddiasına görə, "Evil Copr"un lideri Maksim Yakubeç nəinki haker təşkilatının rəhbəridir, həmçinin, rus agentidir.

"Maksim Yakubeç Rusiya hökumətinə birbaşa kömək edir və 2017-ci ildən etibarən Rusiya Federal Təhlükəsizlik Bürosuna işləyib", - deyə qurumdan bildirilib.

Onun yeri barədə məlumat verənə isə beş milyon dollar mükafat təyin olunub. Beləliklə, o, 2015-ci ildə üç milyon dollar mükafat təyin edilən digər rus haker Yevqeniy Boqaçovun rekordunu qırıb.