Unibank müştərisi restrukturizasiyadan sonra ayda cəmi 43 qəpik kredit ödəyəcək


Digərləri 06 Dek 2019 18:22:10 166 0

Unibank müştərisi restrukturizasiyadan sonra ayda cəmi 43 qəpik kredit ödəyəcək

İndiyədək bankda restrukturizasiya olunan kreditlərin həcmi 30 milyon manata çatıb.

Bakı. Unibank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanına uyğun olaraq, restrukturizasiya prosesini davam etdirir. İndiyədək bankda restrukturizasiya olunan kreditlərin həcmi 30 milyon manata çatıb. Nizami Əkbərov Prezident fərmanından faydalanan Unibank müştərilərindən biridir. Restrukturizasiya müqaviləsi imzaladığı anda onun 524 manatlıq cərimə məbləği silinib. Müqavilədən sonra müştərinin aylıq kredit ödənişi 4 dəfəyədək azalıb. İlk bir il ərzində isə Unibank müştərisi banka ayda cəmi 43 qəpik kredit ödənişi edəcək. Restrukturizasiya prosesi başlayandan, minlərlə Unibank müştərisi aylıq ödənişlərini dəfələrlə azaldan, cərimə məbləğinin anında silinməsinə imkan yaradan restrukturizasiya müqaviləsinə imza atıb. Restrukturizasiya prosesi müştəriyə aşağıdakı üstünlükləri verir: Restrukturizasiyaya qədər müştəriyə hesablanmış bütün cərimə məbləği silinir; Aylıq ödənişi 3-4 dəfəyədək azalır; İlk il yalnız faiz məbləği ödəndiyindən, müştərinin ödənişi çox cüzi məbləğ təşkil edir; Müqavilədən sonra müştərininin yenidən müsbət kredit tarixçəsi formalaşır. Restrukturizasiya prosesini daha sürətli və keyfiyyətlə icra etmək məqsədilə, Unibank filialları ötən həftədən gücləndirilmiş iş rejiminə keçib. Bankın bir çox filialları şənbə günləri uzadılmış iş rejimində işləməklə yanaşı, bazar günləri də müştərilərə xidmət edir.