Ağacəkmə aksiyasında bu rayonlar fərqlənib


Digərləri 06 Dek 2019 17:59:00 138 0

Ağacəkmə aksiyasında bu rayonlar fərqlənib

Payız mövsümündə ağac əkilməsi tədbirləri bundan sonra da bütün regionlarda davam etdiriləcək.

Bakı. İlhamə İsabalayeva - Nəsiminin 650 illik yubileyi münasibətilə eyni gündə 650 min ağacın əkilməsi təşəbbüsünün reallaşmasında Sabirabad, Şamaxı, İsmayıllı rayonları işləri ən yaxşı təşkil etmələri, daha çox ağac əkmələri, damcılı suvarma sistemləri quraşdırmaları ilə xüsusilə fərqlənib. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Onun sözlərinə görə, bu nəcib təşəbbüsə qoşulan və ağac əkən hər kəs bu əlamətdar günü fəxrlə xatırlayacaq: "Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu il Azərbaycanda “Nəsimi ili” elan olundu. Bu il çərçivəsində bütün sahələr üzrə bir sıra maraqlı tədbirlər keçirildi. Bu tədbirlərlə yanaşı, “Nəsimi ili”nə töhfə verilməsi üçün Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü irəli sürüldü. Qeyd edim ki, hər il ölkədə yüz minlərlə ağac əkilir. Lakin bu təşəbbüs hamını bir amal ətrafında birləşdirdi, həmrəy olmağa sövq etdi. Çox sevindirici və qürurvericidir ki, hər kəs bu xeyirxah təşəbbüsü dəstəklədi, böyük şairin xatirəsinin əbədiləşdirilməsinə, dünyada tanıdılmasına, həmçinin ekoloji mühitimizin sağlamlaşdırılmasına və yaşıllıqların daha da artırılmasına hesablanan ideyanın həyata keçirilməsində yüksək əhval-ruhiyyə nümayiş etdirdi. SOCAR, BP kimi böyük şirkətlərdən tutmuş fərdi insanlara kimi hamı bu təşəbbüsə qoşuldu". İ.İbrahimova əlavə edib ki, ölkənin 80-dən artıq rayonunun fərqli məkanlarında yaşından, peşəsindən asılı olmayaraq minlərlə insanın bu genişmiqyaslı ağacəkmə kampaniyasına kütləviliklə qoşulması həqiqətən fəxr ediləsidir. Nazirlik rəsmisi qeyd edib ki, bu təşəbbüsün həyata keçirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi qərargah yaradıldı və nazir müavini Firdovsi Əliyevin rəhbərliyi ilə böyük bir qrup bu işlə məğul oldu. Ağac əkiləcək ərazilərin müəyyən olunması, yerli iqlim şəraitinə uyğun tinglərin seçilməsi, əkin ərazilərinə daşınması bu qrupun fəaliyyəti nəticəsində rellaşdı: