Bu gün əkilən ağacların sayı 650 mini keçib - ETSN


Digərləri 06 Dek 2019 17:56:00 132 0

Bu gün əkilən ağacların sayı 650 mini keçib - ETSN

Dahi şair Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü azərbaycanlılar arasında həmrəyliyin nümayişi idi.

Bakı. İlhamə İsabalayeva - Dahi şair Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü azərbaycanlılar arasında həmrəyliyin nümayişi idi. Hədəf 650 min ağac əkmək idi. Amma bizə daxil olan məlumatlara görə, əkilən ağacların sayı 650 mini keçib. Bu da sevindirici haldır. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. Nazir müavininin sözlərinə görə, bu gün SOCAR əməkdaşları hətta 100 min ağac əkib. 12 min ağac əkilmək üçün Çilov adasına göndərilib. F.Əliyev əlavə edib ki, bir gündə 650 min ağacın əkilməsi həm bugünkü, həm də gələcək nəsillərə xidmət edən təşəbbüsdür: "Regionlara paylanılan ağac tingləri iqlim şəraitinə görə seçilmişdi. Yəni ağac əkilməsi xatirinə seçim olmadı. Əsas odur ki həmin ağaclara diqqət və qayğı daimi olsun".