Bakıda ər 22 yaşlı arvadını bıçaqladı


Kriminal 06 Dek 2019 17:49:00 160 0

Bakıda ər 22 yaşlı arvadını bıçaqladı

Bakıda həyat yoldaşına ağır xəsarət yetirməkdə təqsirli bilinən Xəyyam Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. Xəyyam Hüseynov 22 yaşlı həyat yoldaşı Əmiraslanova Sevil Vidadi qızını bıçaqlayıb.

Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində qadının həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşları tərəfindən saxlanılan Xəyyam Hüseynova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.