Slovakiyada çoxmərtəbəli bina partladı - Ölən var


Digərləri 06 Dek 2019 17:44:00 175 0

Slovakiyada çoxmərtəbəli bina partladı - Ölən var

Slovakiyanın şərqindəki Preşov şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış olub.

Bakı. Slovakiyanın şərqindəki Preşov şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış olub. Trend-in məlumatına görə, hadisə nəticəsində azı bir nəfər həlak olub. Partlayışa qaz sızması səbəb olub və daha sonra yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Qeyd olunur ki, binada sakinlərin qalma ehtimalı ola bilər.