Nazirlik əməkdaşları ağacəkmə kampaniyasında iştirak edib (FOTO)


Digərləri 06 Dek 2019 17:45:00 185 0

Nazirlik əməkdaşları ağacəkmə kampaniyasında iştirak edib (FOTO)

Bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə üzrə bir gündə 650 min ağac əkilir.

Bakı. Samir Əli - Bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə üzrə bir gündə 650 min ağac əkilir. Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi təşkilatçılığı ilə (ETSN) Müşfiqabad qəsəbəsində keçirilən aksiyada Kənd Təsərrüfatı Nazirliyinin kollektivi də iştirak edib. Nazirlik nümayəndələri bu genişmiqyaslı kampaniyaya həvəslə qoşulub, Müşfiqabad qəsəbəsində ağac tinglərinin əkilməsində fəal iştirak ediblər. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yerli şərait üçün əlverişli olan müxtəlif növ ağac tingləri əkiblər.