650 min ağacın əkilməsi ekoloji təmizliyə, təbiətin yaşıllaşdırılmasına bir çağırışdır


Digərləri 06 Dek 2019 17:37:00 199 0

650 min ağacın əkilməsi ekoloji təmizliyə, təbiətin yaşıllaşdırılmasına bir çağırışdır

"Bildiyimiz kimi, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, Azərbaycanın bütün regionlarında ağacəkmə kampaniyasına başlanılıb. Bu kampaniyanın ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə baş tutması bir neçə mühüm məsələləri önə çıxarmış olur".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Onun sözlərnə görə, Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği və xatirəsinin əbədiləşdirilməsi yönündə reallaşdırılan bu təşəbbüs bilavasitə xalqımızın ədəbiyyata, ədəbi tarixinə, həmçinin mədəniyyət irsinə göstərilən xüsusi diqqətinin bir parçasıdır: "Burada Mehriban xanım Əliyeva tərəfindən bütün regionlarımızın bu cür böyük kampaniyaya cəlb edilməsi təşəbbüsünün irəli sürülməsi xalqımızın, ictimai xadimlərimizin, habelə xarici diplomatik korpus nümayəndələrinin də həmin təşəbbüsə böyük dəstək göstərmələri dahi şairimizin xatirəsinin əbədiləşdirilməsi yönündə atılan və mahiyyətcə böyük olan addımdır. Lakin daha bir məqama toxunaraq qeyd etmək istərdim ki, 650 min ağacın əkilməsi eyni zamanda ekoloji təmizliyə, təbiətin yaşıllaşdırılmasına, bütövlükdə isə insanların sağlam həyat sürmələrinə edilən bir çağırış olaraq da qiymətləndirilməlidir.