İcma sədri Avropa Parlamentinin bəzi üzvlərinin Dağlıq Qarabağa qanunsuz səfərlərinə etiraz bildirib


Digərləri 06 Dek 2019 17:23:33 86 0

İcma sədri Avropa Parlamentinin bəzi üzvlərinin Dağlıq Qarabağa qanunsuz səfərlərinə etiraz bildirib

Avropa Parlamentinin bəzi üzvlərinin&Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərinə qanunsuz səfərlərinə etiraz bildirilib.

Avropa Parlamentinin bəzi üzvlərininErmənistanın işğal altında saxladığı Azərbaycan ərazilərinə qanunsuz səfərlərinə etiraz bildirilib.

Bu barədə "Report"aDağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından məlumat verilib.

İcma və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nümayəndə heyətlərinin Brüsseldə keçirdikləri görüşlərdə sözügedən məsələ diqqət mərkəzində saxlanılıb.

Avropa Parlamentinin üzvü, Avronestin sədri Andrius Kubilius, Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası əlaqələr Komitəsinin sədr münavini, parlamentari Rasa Jukneviçiene və CEPS-in rəhbəri Karel Lannoo ilə görüşlərdə bildirilib ki, Avropa Parlamentinin bəzi deputatlarının Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa qanunsuz səfərlər etməsi bu qurumun nüfuzuna ciddi xələl gətirir. Avropa parlamentinin üzvləri qeyd ediblər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə aparılan danışıqları diqqətlə izləyirlər.

Keçirilən görüşlərdə Azərbaycanın Avropanın enerji bazarında oynadığı önəmli rol xüsusi olaraq qeyd edilib. Bildirilib ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan nüfuzu, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində hər iki tərəfdən həyata keçirilən tədbirlər ciddi əhəmiyyətə malikdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) Fərid Şəfiyev Brüsseldə səfərdə olublar.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək