Aeroport ərazisində 4 mindən artıq ağac əkilib (FOTO)


Digərləri 06 Dek 2019 17:21:00 136 0

Aeroport ərazisində 4 mindən artıq ağac əkilib (FOTO)

Aksiya zamanı Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisinin təmizlənmiş 10 hektar sahəsində 4 mindən artıq ağac əkilib.

Bakı. Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları ağacəkmə aksiyası keçirib. AZAL-dan Trend-ə verilən məlumata görə, aksiya zamanı Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisinin təmizlənmiş 10 hektar sahəsində 4 mindən artıq ağac əkilib.